إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ramazan bayramı münasibətilə Fitr namazı Moskva və ətraf viləyatlərdə 41 meydançada qılınacaq

Bu il Moskvada yaşayan müsəlmanlar Fitr namazını iyulun 17-də paytaxtın səkkiz meydanında və paytaxt ətrafındakı 33 meydançada qılacaqlar.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,TASS agentliyinin məlumatında bildirilir ki,bu barədəə Rusiya müftilər şurasının sədr müavini Ruşan Abbasov bugünkü açıqlamasında bildirib.

“Bu il Moskvada qılınacaq bayram namazı üçün yeddi meydança, vilayətdə isə 33 meydança - ümumilikdə regionda 40 meydança ayrılıb”,- deyə Abbasov bildirib.

Bundan başqa, Moskva müsəlmanları ruhani idarəsinin təşkilatçılığı ilə “Sokolniki” sərgi mərkəzi pavilyonlarından birində də namaz qılınacaq.

Ənənəvi olaraq, Ramazan bayramı paytaxtın altı məscidində qeyd ediləcək. Onlardan ən böyüyü olan Baş məscid təxminən 60 min nəfəri qəbul edə bilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyul, 2015  09:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!