
Bu il Moskvada yaşayan müsəlmanlar Fitr namazını iyulun 17-də paytaxtın səkkiz meydanında və paytaxt ətrafındakı 33 meydançada qılacaqlar.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,TASS agentliyinin məlumatında bildirilir ki,bu barədəə Rusiya müftilər şurasının sədr müavini Ruşan Abbasov bugünkü açıqlamasında bildirib.
“Bu il Moskvada qılınacaq bayram namazı üçün yeddi meydança, vilayətdə isə 33 meydança - ümumilikdə regionda 40 meydança ayrılıb”,- deyə Abbasov bildirib.
Bundan başqa, Moskva müsəlmanları ruhani idarəsinin təşkilatçılığı ilə “Sokolniki” sərgi mərkəzi pavilyonlarından birində də namaz qılınacaq.
Ənənəvi olaraq, Ramazan bayramı paytaxtın altı məscidində qeyd ediləcək. Onlardan ən böyüyü olan Baş məscid təxminən 60 min nəfəri qəbul edə bilir.