|
• DünyadaKüveytdə partladılan İmam Cəfər Sadiq məscidi ilə bağlı 4 qadın olmaqla 26 nəfər şübhəli saxlanılıbKüveyt paytaxtında İmam Cəfər Sadiq məscidində törədilən terrorla bağlı saxlanılanlar aralarında İŞİD mənsubları ilə yanaşı terrorçulara yardım etməkdə şübhəli bilinən yaxın qohumları - 4 qadın olmaqla 26 nəfər saxlanılıb. Ahlibeyt.az-ın Shafaqnaya istinadən verdiyi məlumata görə,mətbuata məlumat verən müstəntiq Darar Asusi terrorda şübhəli bilinlərə yardım etməkdə əlaqəsi olan 26 nəfərin saxlanıldığı bildirib. Məlumatda bildirilir ki,saxlanılan şəxslər arasında İŞİD üzvləri və terrorda əlaqəsi olanlara yardım etməkdə şübhəli bilinən qohumları da var. Qeyd olunur ki,bir həftə öncə saxlanılan 10 nəfərdən 5-nin bu qanlı terrorda əli olduğu artıq təsdiqini tapıb.Onlar arasında terrorçunu məscidə gətirən sürücü də müəyyənləşərək saxlanılmışdır. Məlum olmuşdur ki,intiharçı-terroristi məscidə gətirən sürücü terror aktının həyata keçirilməsini dəqiqləşdirdikdən sonra hadisə yerindən uzaqlaşmışdır. Bildirək ki, iyun ayının 26 da cümə namazı bitdiyi an məscid daxilində olan terrorçu üzərində olan partlayıcı qurğunu işə salması nəticəsində 27 nəfər dünyasını dəyişmiş 200-dən çox insan yaralanmış,partlayışın gücündən məscid tikintisinə ciddi xəsarət dəymişdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2015 02:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |