
Küveyt paytaxtında İmam Cəfər Sadiq məscidində törədilən terrorla bağlı saxlanılanlar aralarında İŞİD mənsubları ilə yanaşı terrorçulara yardım etməkdə şübhəli bilinən yaxın qohumları - 4 qadın olmaqla 26 nəfər saxlanılıb.
Ahlibeyt.az-ın Shafaqnaya istinadən verdiyi məlumata görə,mətbuata məlumat verən müstəntiq Darar Asusi terrorda şübhəli bilinlərə yardım etməkdə əlaqəsi olan 26 nəfərin saxlanıldığı bildirib.
Məlumatda bildirilir ki,saxlanılan şəxslər arasında İŞİD üzvləri və terrorda əlaqəsi olanlara yardım etməkdə şübhəli bilinən qohumları da var.
Qeyd olunur ki,bir həftə öncə saxlanılan 10 nəfərdən 5-nin bu qanlı terrorda əli olduğu artıq təsdiqini tapıb.Onlar arasında terrorçunu məscidə gətirən sürücü də müəyyənləşərək saxlanılmışdır.
Məlum olmuşdur ki,intiharçı-terroristi məscidə gətirən sürücü terror aktının həyata keçirilməsini dəqiqləşdirdikdən sonra hadisə yerindən uzaqlaşmışdır.
Bildirək ki, iyun ayının 26 da cümə namazı bitdiyi an məscid daxilində olan terrorçu üzərində olan partlayıcı qurğunu işə salması nəticəsində 27 nəfər dünyasını dəyişmiş 200-dən çox insan yaralanmış,partlayışın gücündən məscid tikintisinə ciddi xəsarət dəymişdir.