|
• Mənəviyyat • Mənəviyyatİlahi,qəlblərimizdə iman gətirən kəslərə qarşı kin saxlama...İslam ümmətinin ən yaxşı və əhəmiyyətli duası Duanın şərtləri, ədəb növləri və qismləri vardır ki,həyatın kiçik bir hissəsinə aid olur,bəzən də bu bir ümməti əhatə edir. Duanın şərtləri, ədəb və ərkanın kənarında növləri və qismləri də vardır ki, gah həyatın kiçik bir hissəsinə aid olur və gah da daha kalan məsələlər və bəzən də bir ümmət barədədir. Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,təqlid mərcələrindən olan filosof, fəqih, təfsirçi alim həzrət Ayətullah Cavadi Amuli mübarək "Zümər" surəsinin təfsiri dərslərində İslam ümmətin ən gözəl və daha əməmiyyətli duasına işarə edib və bu barədə açıqlama vermişdir. Təfsir aliminin vurğulayıb ki, müsəlmanların vahid bir ümmət olaraq ən yaxşı duası Quran-Kərimin bu ayəsi olmalıdır: «وَلَا تَجْعَلْ فِی قُلُوبِنَا غِلًّا لِّلَّذِینَ آمَنُوا» - İlahi!Bizim qəlblərimizdə İman gətirən kəslərə qarşı kin saxlama!(Həşr10) Quran insanlara, xüsusilə də müsəlmanlara öyrədir ki, necə dua etsinlər və duanın zimnində öyrədir ki, necə olsunlar. Bütün müsəlmanların vahid bir ümmət olaraq duası bu olmalıdır ki, İlahi, bizi bir olmağa, bir-birimizə qarşı kin saxlamaqdan uzaq olmağa müvəffəq et. Bu İslam ümmətinin bir ümmət kimi ən əhəmiyyətli və ən gözəl duasıdır.Əgər ixtilafımız da olsa, bütün bunlar hamısı öz həllini tapa bilən şeylərdir. Belə olmasın ki, xırda ixtilaflara görə ümmət bir-birinə kin və düşmənçilik bəsləsin. Bu kin həm özümüzə, həm digərlərinə, həmçinin dinimizə onlarla xətər və zərəri vardır.Belə olduqda nə insanın özü, nə ailəsi üçün heç bir sağlam xatirə,sağlam vaxt və nə də asayiş bir mühit qalmır. Kin olmayan bir mühit cənnət əhlinə verilən nemətdir. Ürəyində kin və qəzəb olanlar cənnətə daxil olmayacaqlar. Çünki kinsiz olmaq cənnət əhlinin sifətlərindəndir. Cənnətə daxil olmaq üçün əvvəlcə qəlblərimizi müsəlmanlara olan kindən təmizləməli və paklamalıyıq. Kinsizlik, yəni varlıq ilə uyğunlaşmaq və cənnət əhli ilə eyniləşmək...
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2015 18:43 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |