|
|
"Heydər" məscidində qılınacaq cümə namazları QMİ-nin səlahiyyətli nümayəndələri, tanınmış imamlar və axundlar tərəfindən icra olunacaq(Vİdeo)Qafqazın ən böyük məscidi olan Heydər Məscidi yaxın vaxtlarda ibadət üçün möminlərin üzünə açıq olacaq. Məscidin dövlət səviyyəsində açılışı ötən ilin dekabr ayında baş tutub. Lakin açılışdan 6 ay keçsə də, məscid hələ də dini ayinlər icra olumur. Ahlibeyt.az-ın məlumatına görə, Heydər Məscidi Kompleksi İdarəsinin sədri Sabir Həsənli Anstv-yə bildirib ki, məsciddə hələlik kiçik təmir işləri yekunlaşmayıb: "İşlər yekunlaşdıqdan sonra mütləq açılacaq.Allah evi bağlı qala bilməz”. Məscid açıldıqdan sonra isə burada iş digər ibadət evlərindən fərqli qurulacaq. Sabir Həsənlinin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi tanıdığı Qazilər, səlahiyyətli nümayəndələr, eləcə də tanınmış imamlar və axundlar dəvət olunacaq.Məhz cümə ibadətləri burada həyata keçiriləcək. Qyed edək ki, Prezidentin şəxsi tapşırığı ilə inşa olunan Heydər məscidi Şirvan-Abşeron memarlıq üslubunda tikilib. Məscid 4200 kvadrat metr sahəni əhatə edir və burda 5 mindən çox insan eyni vaxtda ibadət edə bilər. Memarlıq nümunəsinin fasadı quran ayələri və xüsusi şərq ornamentlərilə bəzədilib. İbadət evini hər birinin hündürlüyü 95 metr olan 4 minarə əhatə edir. Minarələrdə müasir lift sistemi quraşdırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2015 11:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |