إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tehranda 23-cü Beynəlxalq Qurani - Kərim Sərgisi keçiriləcək

Mübarək Ramazan ayının ilk on günlüyündə Iranın paytaxtı Tehranda 23-cü Beynəlxalq Quran-Kərim Sərgis   keçiriləcək

Ahlibeyt.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə,sərgidə iştirak edən ölkələr Quran mədəniyyətinin genişlənməsi üçün bu sahədə istehsal etdikləri öz çap,elektron və incəsənət məhsullarını təqdim edəcəklər.

Məlumatda bildirilir ki, 2-ci il olaraq Müqəddəs Müdafiə muzey bağında keçirilən Quran sərgisi mübarək Ramazan ayının ilk on günü saat 19:00-dan 24:00-a qədər müxtəlif proqramlarla fəaliyyət göstərəcək.

Qeyd olunur ki, Sərgi günləri iftar süfrəsi açılacaq və maraqlananlar gecə yarısına qədər beynəlxalq, rəqəmsal, incəsənət, universitet, uşaq, yeniyetmə və Quran xadimləri bölmələrinə baş çəkə bilərlər.

Quran sərgiləri paytaxtdan əlavə İranın 30 vilayətində də keçiriləcək.

Beynəlxalq Quran-Kərim sərgisi mübarək Ramazan ayında keçiriləcək

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2015  14:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!