إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Elm əhli ilə ünsiyyət mənəviyyat gətirir

Paslanmış və soyuq qəlblər yalnlız alışıb-yanan ürəklərlə bir məclisdə, onlarla ünsiyyət qurulduqda nurlanır və mənəviyyat kəsb edirlər.

İnsanların  çoxu Allahın rəhmətinə sığınmaq, dualarda deyildiyi kimi, “Allaha tərəf qaçmaq” istəyirlər.dig'r bir tərəfdən dua o zaman özünün həqiqi təsirini qoyur ki, insan öz əlacsızlığı, kimsəsizliyini bütün varlığı ilə dərk etsin və sözün əsl mənasında onu anlasın. Çünki həmin əlacsızlıq və carəsizlik halı onda yaranmayınca insan duaya tərəf getməyəcəkdir.Nə edək ki, dua halı bizdə yaransın?

Höccətülislam Əmir Gulpur ona ünvanlanan sualı cavablandırarkən bildirib:

"İncə bir misalla bu suala aydınlıq gətirim - Sönmüş kömür yanmaq üçün qızarmış və odlanan kömürlərin yanına yığılmalıdır ki, o da yanmağa və alışmağa başlasın. Sönük kömür yüz il də sönmüş kömürlərin yanında qalsa heç bir hadisə baş verməyəcək və yanmayacaqdır. Elə ki, yanan kömürlərin kənarına qoydun yavaş - yavaş istiləsəçək, alışıb məşələ çevriləcəkdir. Dua, münacat , ibadət hali olan şəxslər, Allahın dərgahında göz yaşı axıdan saleh bəndələr də o alışan kömürlərə bənzəyirlər. Bu xüsusiyyətə malik olmayan şəxslər, yəni sizin dediyiniz kimi, dua eləməyə halı olmayan insanlar isə həmin sönük və soyuq kömürlərə oxşayırlar. Paslaşmış və soyuq qəlblər yalnlız alışıb- yanan ürəklərlə bir məclisdə, onlarla ünsiyyət və onların yanında dayandıqda nurlanır və mənəviyyət kəsb edirlər. Beləliklə, dua halı tapmaq istəyən dua əhlinin münasibət qurmalı, alimlər, elm və irfan sahibləri ilə ünsiyyət saxlanılmalıdır."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Fevral, 2017  17:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!