إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəmən ordusu və Husilərə bağlı"Ənasarallah"hərbi qanadı Əl-Cuf vilayət mərkəzində nəzarəti ələ keçirdi

Yəmən ordusu və "Ənsarallah" xalq birlikləri ölkənin Əl-Cəuf vilayətini mərkəzi Əl-Həzm şəhərini -Qaidə” terrorçularından azad edərək nəzarəti əlinə keçirib.

Ahlibeyt.az-ın Yəmən mənbələrinə istinadən verdiyi xəbərə görə,Yəəmən ordusu və husilərə bağlı "Ənsarallah"hərbi birləşmələri Əl-Haşim şəhərini Əl-Qaidə terror qruplaşmasından təmizləyərək  kontrolu əliə keçirmişdir.Həmçinin   “Əl-Qaidə” terrorçularının hərbi hissələrdən oğurladığı silah-sursatı Yəmən ordusu geri almağa müvəffəq olub.

Qeyd olunur ki, böyük bir ərazini əhatə edən Əl-Cuf əyaləti Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşdiyi üçün xüsusi strateji əhəmiyyətə malik bölgədir.

Məlumatlarda bildirilir ki, Yəmən ordusu və könüllülərdən ibarət xalq briqadaları  Səudiyyə Ərəbistanına məxsus Əl-Cəhva hərbi bazasını,Alib bölgəsini və Belet hərbi mərkəzini onlarla raket və mərmi atəşinə məruz qoymuşdur.Səudiyyə hərbçilərinin Belet hərbi mərkəzini tərk etdikləri bildirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2015  14:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!