
Yəmən ordusu və "Ənsarallah" xalq birlikləri ölkənin Əl-Cəuf vilayətini mərkəzi Əl-Həzm şəhərini -Qaidə” terrorçularından azad edərək nəzarəti əlinə keçirib.
Ahlibeyt.az-ın Yəmən mənbələrinə istinadən verdiyi xəbərə görə,Yəəmən ordusu və husilərə bağlı "Ənsarallah"hərbi birləşmələri Əl-Haşim şəhərini Əl-Qaidə terror qruplaşmasından təmizləyərək kontrolu əliə keçirmişdir.Həmçinin “Əl-Qaidə” terrorçularının hərbi hissələrdən oğurladığı silah-sursatı Yəmən ordusu geri almağa müvəffəq olub.
Qeyd olunur ki, böyük bir ərazini əhatə edən Əl-Cuf əyaləti Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşdiyi üçün xüsusi strateji əhəmiyyətə malik bölgədir.
Məlumatlarda bildirilir ki, Yəmən ordusu və könüllülərdən ibarət xalq briqadaları Səudiyyə Ərəbistanına məxsus Əl-Cəhva hərbi bazasını,Alib bölgəsini və Belet hərbi mərkəzini onlarla raket və mərmi atəşinə məruz qoymuşdur.Səudiyyə hərbçilərinin Belet hərbi mərkəzini tərk etdikləri bildirilir.