|
• DünyadaSəudiyyə Hava Qüvvələri komandanı Yəmənlilərin raket zərbələri nəticəsində öldürülübYəmən mediası Səudiyyə Hərbi Hava Qüvvələri(HHQ) komandanı Məhəmməd ibn Əhməd əl-Şəlanın 5 gün əvvəl yəmənlilərin raket zərbələri nəticəsində öldüyünü açıqlayıb Ahlibeyt.az-ın İslamazeri -yə istinadən verdiyi xəbərə görə,Yəmən mediasınin yaydığı məlumatda bildirilir ki, Səudiyyə Hava Qüvvələrinin komandanı Məhəmməd ibn Əhməd əl-Şəlan "Husi"lərin Səudiyyə ərazisinə atdığı raket zərbələri nəticəsində ölüb. Səudiyyə mediasının məlumatında bildirilir ki,cərrahiyyə əməliyyatı üçün xaricə gedən bu ölkənin HHQ komandanı Məhəmməd İbn Əhməd əl-Şəlan infarkt nəticəsində vəfat edib. Bu bəyanatda əl-Şəlanın cərrahiyyə əməliyyatının detalları və yaxud bu əməliyyat üçün hansı ölkəyə səfər etməsinə münasibət bildirilməyib.Onun ürək tutması nəticəsində öldüyü bildirilsə də, Yəmən mediası onun 5 gün əvvəl yəmənlilərin raket zərbələri nəticəsində öldüyünü açıqlayıb. Qeyd edək ki, dünən yəmənlilər Səudiyyənin Ət-Tuval ərazisindəki mövqelərinə raket zərbələri endirib. Nəticədə Səudiyyə Ərəbistanı ordusuna məxsus zirehli texnika və canlı qüvvə məhv edilib. Xatırladaq ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə mart ayının 26-dan başlatdığı təcavüz nəticəsində indiyədək mindən çox insan həlak olub, minlərlə insan isə yaralanıb. Səudiyyə və müttəfiqlərinin havadan və dənizdən Yəmənə tətbiq etdikləri blokada nəticəsində Yəməndə humanitar vəziyyət günü-gündən pisləşir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyun, 2015 12:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |