
Yəmən mediası Səudiyyə Hərbi Hava Qüvvələri(HHQ) komandanı Məhəmməd ibn Əhməd əl-Şəlanın 5 gün əvvəl yəmənlilərin raket zərbələri nəticəsində öldüyünü açıqlayıb
Ahlibeyt.az-ın İslamazeri -yə istinadən verdiyi xəbərə görə,Yəmən mediasınin yaydığı məlumatda bildirilir ki, Səudiyyə Hava Qüvvələrinin komandanı Məhəmməd ibn Əhməd əl-Şəlan "Husi"lərin Səudiyyə ərazisinə atdığı raket zərbələri nəticəsində ölüb.
Səudiyyə mediasının məlumatında bildirilir ki,cərrahiyyə əməliyyatı üçün xaricə gedən bu ölkənin HHQ komandanı Məhəmməd İbn Əhməd əl-Şəlan infarkt nəticəsində vəfat edib.
Bu bəyanatda əl-Şəlanın cərrahiyyə əməliyyatının detalları və yaxud bu əməliyyat üçün hansı ölkəyə səfər etməsinə münasibət bildirilməyib.Onun ürək tutması nəticəsində öldüyü bildirilsə də, Yəmən mediası onun 5 gün əvvəl yəmənlilərin raket zərbələri nəticəsində öldüyünü açıqlayıb.
Qeyd edək ki, dünən yəmənlilər Səudiyyənin Ət-Tuval ərazisindəki mövqelərinə raket zərbələri endirib. Nəticədə Səudiyyə Ərəbistanı ordusuna məxsus zirehli texnika və canlı qüvvə məhv edilib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə mart ayının 26-dan başlatdığı təcavüz nəticəsində indiyədək mindən çox insan həlak olub, minlərlə insan isə yaralanıb. Səudiyyə və müttəfiqlərinin havadan və dənizdən Yəmənə tətbiq etdikləri blokada nəticəsində Yəməndə humanitar vəziyyət günü-gündən pisləşir.