|
• DünyadaFilippin Vəkillər Kollegiyasının sədri Məşhəddə müsəlman olduFilippin Vəkillər Kollegiyasının rəhbəri dünya müsəlmanların 8-ci imamı Həzrət İmam Rzanın (ə) Müqəddəs Məşhəd şəhərindəki ziyarətgahında islam dinini qəbul edib. Ahlibeyt.az-ın İslaminsesi.org-a istinadən verdiyi xəbərə görə, bu barədə Qüds Rəzəvinin İslam Əlaqələri və Təbliğat məsələləri üzrə sədr müavini Seyid Calal Hüseyni məlumat verib: “Filippin Vəkillər Kollegiyasının rəhbəri İzailito Turiyun Qüds Rəzəvinin qeyri-iranlı zəvvarlar üzrə idarəsində olaraq kəlmeyi-şəhadəti söyləyib və islam dinini qəbul edib. 44 yaşlı yenicə müsəlman olmuş bu şəxs kəlmeyi-şəhadəti deməzdən öncə dini ekspertlərin iştirakı ilə öz suallarını verib və suallarına cavab aldıqdan sonra islam dinini qəbul edib”. Yenicə müsəlman olmuş filippinli bu qərarı barədə danışıb: “İslam barədə mütaliəyə bir neçə il öncə başlandım və illərlə araşdırmadan sonra islam dininin haqlılığı mənə aydınlaşdı”. Filippin Vəkillər Kollegiyasının rəhbəri ümüdvar olduğunu bildirib ki,Allah-taalanın qarşısında həqiqi müsəlman olaraq öz vəzifələrini düzgün şəkildə yerinə yetirəcək. Əvvəllər katolik xristianı olan filippinli müsəlman islam dinini xristianlığın təkmilləşmiş zənciri adlandırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyun, 2015 16:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |