
Filippin Vəkillər Kollegiyasının rəhbəri dünya müsəlmanların 8-ci imamı Həzrət İmam Rzanın (ə) Müqəddəs Məşhəd şəhərindəki ziyarətgahında islam dinini qəbul edib.
Ahlibeyt.az-ın İslaminsesi.org-a istinadən verdiyi xəbərə görə, bu barədə Qüds Rəzəvinin İslam Əlaqələri və Təbliğat məsələləri üzrə sədr müavini Seyid Calal Hüseyni məlumat verib:
“Filippin Vəkillər Kollegiyasının rəhbəri İzailito Turiyun Qüds Rəzəvinin qeyri-iranlı zəvvarlar üzrə idarəsində olaraq kəlmeyi-şəhadəti söyləyib və islam dinini qəbul edib.
44 yaşlı yenicə müsəlman olmuş bu şəxs kəlmeyi-şəhadəti deməzdən öncə dini ekspertlərin iştirakı ilə öz suallarını verib və suallarına cavab aldıqdan sonra islam dinini qəbul edib”.
Yenicə müsəlman olmuş filippinli bu qərarı barədə danışıb:
“İslam barədə mütaliəyə bir neçə il öncə başlandım və illərlə araşdırmadan sonra islam dininin haqlılığı mənə aydınlaşdı”.
Filippin Vəkillər Kollegiyasının rəhbəri ümüdvar olduğunu bildirib ki,Allah-taalanın qarşısında həqiqi müsəlman olaraq öz vəzifələrini düzgün şəkildə yerinə yetirəcək.
Əvvəllər katolik xristianı olan filippinli müsəlman islam dinini xristianlığın təkmilləşmiş zənciri adlandırıb.