إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiyada müsəlmanlar pravoslavlardan çoxdur?

Rusiya saytlarından biri - assiarussia.ru, maraqlı və düşündürücü məqalə dərc edib.

Ahlibeuy.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,adı açıqlanmayan Rusiyanın güc strukturunun əməkdaşı bir sıra statistik rəqəmlərlə bölüşüb.

Onun iddiasına əsasən, Rusiyanın 132 milyon əhalisi var. Moskvada isə 11 milyona yaxın insan yaşayır. Paytaxt sakinlərinin milli tərkibi isə aşağıdakı kimidir:

Ruslar - 31%

Azərbaycanlılar - 14%

Tatarlar, başkirlər, çuvaşlar - 10%

Ukraynalılar - 8%

Ermənilər - 5%

Taciklər, özbəklər, qırğızlar, qazaxlar - 5%

Koreyalılar, çinlilər, vyetnamlılar - 5%

Çeçenlər, dağıstanlılar, inquşlar - 4%

beloruslar - 3%

gürcülər - 3%

moldovalılar - 3%

qaraçılar - 3%

yəhudilər - 2%

digər xalqlar - 4%

Rusiyada 20 milyondan çox müsəlman yaşayır. Halbuki pravoslavların sayı cəmi 6 milyondan bir qədər çoxdur. Son 15 il ərzində Rusiyada müsəlmanları sayı 40% artıb.

Rusiyada Bakıdan daha çox azərbaycanlı yaşayır.

Rusiya müsəlmanları təşkilatının iddiasına əsasən, Peterburqda hər cümə günü ən azından 3 rus İslam dinini qəbul edir. Onların böyük hissəsi tələbələrdir.

P.S. Əlbəttə ki, bəzi statistik göstəricilər şübhə doğurur. Amma hər halda məqalədə irəli sürülən iddia belədir və islam.az da oxuculara bu yazını bir qədər qısaldılmış şəkildə təqdim etdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2015  10:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!