إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyədə İmam Hüseyn Məscidində törədilən hücumdan sonra kütləvi aksiya keçirilib (VİDEO)

Səudiyyə Ərəbistanında İmam Hüseyn Məscidinə edilən hücumdan sonra ötən gün ölkənin Dəmmam şəhərinin əhalisi kütləvi aksiya keçirib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, Al Alam televiziya kanalının məlumatında bildirilir ki,aksiyada təkfirçilik və radikal vəhhabilik pislənilib, onları yayan fətvaların verilməyinə etiraz edilib, müxtəlif şüarlar səsləndirilib.

Aksiyaçılar yerli hökuməti islam dinində zorakılığa və terrora səsləyən addımların qarşısını almağa səsləyib.

Xatırladaq ki, ötən gün cümə namazı vaxtı Dəmmamda adıçəkilən məscidə edilən hücumda üç nəfər həlak olub, dörd nəfər xəsarət alıb.

“İslam Dövləti" (İŞİD) terror təşkilatı hücumla bağlı məsuliyyəti üzərinə götürüb, hətta hücumu təşkil edən kamikadzenin adının Əbu-Cəndəl əl-Cəzravi olduğunu açıqlayıb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 May, 2015  12:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!