|
• Dünyada"Al Jazeera" telekanalı "Ən-Nusra"terror qruplaşmasının rəhbərindən müsahibə götürübQətərin "Al Jazeera" televiziya kanalı "əl-Qaidə" terror təşkilatının Suriyadakı qolu olan və beynəlxalq terror təşkilatları siyahısına düşmüş “ən-Nusra Cəbhəsi”nin lideri Əbu Məhəmməd Culanidən müsahibə götürüb. Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, telemüsahibə adıçəkilən kanalda efirə gedən “Sərhədsiz” verilişində yayımlanıb. Terror təşkilatının lideri müsahibəsində Suriyada Bəşər Əsəd və ələvilərə qarşı aparacaqları döyüşlərdən danışıb. "Al Jazeera" bundan əvvəl "əl-Qaidə", "Taliban" "İslam Dövləti" (İŞİD ("İraq və Şamda İslam Dövləti" adını daşıdığı vaxtda)), “ən-Nusra Cəbhəsi”, eləcə də Liviyadakı bir sıra radikal qruplaşmaların liderləri və aparıcı üzvlərindən dəfələrlə telemüsahibə götürüb. Qeyd edək ki, bu telekanal daha çox İraq, Suriya, Misir, Liviya, İordaniya və digər ərəb ölkələrində fəaliyyət göstərən radikal qruplaşmalar və qüvvələrin lehinə reportajlar və verilişlər hazırlamaqla tanınır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2015 11:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |