28 May, 2015
"Al Jazeera" telekanalı "Ən-Nusra"terror qruplaşmasının rəhbərindən müsahibə götürüb

Qətərin "Al Jazeera" televiziya kanalı "əl-Qaidə" terror təşkilatının Suriyadakı qolu olan və beynəlxalq terror təşkilatları siyahısına düşmüş “ən-Nusra Cəbhəsi”nin lideri Əbu Məhəmməd Culanidən müsahibə götürüb.

Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, telemüsahibə adıçəkilən kanalda efirə gedən “Sərhədsiz” verilişində yayımlanıb.

Terror təşkilatının lideri müsahibəsində Suriyada Bəşər Əsəd və ələvilərə qarşı aparacaqları döyüşlərdən danışıb.

"Al Jazeera" bundan əvvəl "əl-Qaidə", "Taliban" "İslam Dövləti" (İŞİD ("İraq və Şamda İslam Dövləti" adını daşıdığı vaxtda)), “ən-Nusra Cəbhəsi”, eləcə də Liviyadakı bir sıra radikal qruplaşmaların liderləri və aparıcı üzvlərindən dəfələrlə telemüsahibə götürüb.

Qeyd edək ki, bu telekanal daha çox İraq, Suriya, Misir, Liviya, İordaniya və digər ərəb ölkələrində fəaliyyət göstərən radikal qruplaşmalar və qüvvələrin lehinə reportajlar və verilişlər hazırlamaqla tanınır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3171.html