|
• DünyadaAyətullah Sistani Səudiyyədə məsciddə törədilən terror nəticəsində dünyasını dəyişənlərə başsağlığı veribAyətullah Əli Sistani Səudiyyə Ərəbistanının Qətif bölgəsində törədilən terror nəticəsində dünyasını dəyişənlərə başsağlığı verib. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, böyük İslam alimi Ayətullah Seyyid Əli Sistani terror nəticəsində vəfat edənlərin ailələrinə dərin hüznlə başsağlığı diləyib. Ayətullah Seyyid Əli Sistaninin başsağlığı mesajında deyilir: “Bu xain hücumda bir çox insan həyatını itirdi və yaralandı. Əhli-Beytə (ə) vəfalı olduqlarına görə onların qanı axıdıldı. Bu böyük müsibətə düçar olan qardaşlarıma, xüsusilə əzizlərini itirənlərə başsağlığı diləyirəm. İmam Hüseynin (ə) mübarək günündə, namaz qılan zaman qətlə yetirilənlərə Allahdan xeyirli aqibət diləyir və İmam Hüseynin (ə) şəfaətini arzulayırıq. Allah onların yaxınlarına səbr versin, yaralılara da şəfa inayət etsin. Heç şübhəsiz ki, O duaları eşidəndir. Uca və üstün olan Allahdan başqa heç bir qüvvət və güc yoxdur”, Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2015 17:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |