25 May, 2015
Ayətullah Sistani Səudiyyədə məsciddə törədilən terror nəticəsində dünyasını dəyişənlərə başsağlığı verib

Ayətullah Əli Sistani Səudiyyə Ərəbistanının Qətif bölgəsində törədilən terror nəticəsində dünyasını dəyişənlərə başsağlığı verib.

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, böyük İslam alimi Ayətullah Seyyid Əli Sistani terror nəticəsində vəfat edənlərin ailələrinə dərin hüznlə başsağlığı diləyib.

Ayətullah Seyyid Əli Sistaninin başsağlığı mesajında deyilir:

“Bu xain hücumda bir çox insan həyatını itirdi və yaralandı. Əhli-Beytə (ə) vəfalı olduqlarına görə onların qanı axıdıldı. Bu böyük müsibətə düçar olan qardaşlarıma, xüsusilə əzizlərini itirənlərə başsağlığı diləyirəm. İmam Hüseynin (ə) mübarək günündə, namaz qılan zaman qətlə yetirilənlərə Allahdan xeyirli aqibət diləyir və İmam Hüseynin (ə) şəfaətini arzulayırıq. Allah onların yaxınlarına səbr versin, yaralılara da şəfa inayət etsin. Heç şübhəsiz ki, O duaları eşidəndir. Uca və üstün olan Allahdan başqa heç bir qüvvət və güc yoxdur”,

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3150.html