|
|
İraqın mədəniyyət naziri - “İraqda şəhərlər dağıdılır, insanlar öldürülür, mədəniyyət abidələrimiz məhv edilir"“İraqda şəhərlər dağıdılır, insanlar öldürülür, mədəniyyət abidələrimiz məhv edilir. Sabah bu təcavüz sizin də qapınızı döyə bilər”. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bunu III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən mədəniyyət nazirlərinin toplantısında İraqın mədəniyyət naziri Fryad Məhəmməd Həsən deyib. Nazir bildirib ki, İraqdakı hadisələr dünya ictimaiyyətinin gözü qarşısında baş verir: “Biz mədəniyyətlərarası dialoqdan, mədəni müxtəliflikdən danışırıqsa, İraqda baş verən hadisələri diqqətdə saxlamalıyıq. İraqdakı hadisələrin, mədəniyyətə təcavüzün qarşısının alınmasında bu kimi forumların təcrübəsindən və imkanlarından istifadə etməliyik. Hər kəsə müraciət edirəm: qəti şəkildə addımlar atmalı, İraqı təcavüz məngənəsindən çıxarmalıyıq. Arzu edirəm ki, forum və burada müzakirə edilən məsələlər işğalın, qırğınların dayandırılmasında öz rolunu oynasın. Biz təcavüzə qarşı bir yerdə mübarizə aparmalıyıq. İnanıram ki, Bakı forumu İraqdakı tarixi abidələrin dağıdılmasının qarşısının alınmasında öz töhfəsini verəcək”. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə iraqlı nazirin çıxışına münasibət bildirərkən qeyd edib ki, çıxış çap olunaraq müxtəlif beynəlxalq təşkilatlara göndəriləcək: “Sizin dediyiniz məsələlər hamımızı narahat edir. Bu problem hamımızın problemidir. Biz beynəlxalq təşkilatlara müraciət edirik ki, tədbir görsünlər. Bu, ümumdünya mədəniyyət təşkilatları adından çağırışdır. İraqın mədəni irsi, abidələri qorunmalıdır”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2015 16:53 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |