|
• DünyadaMisir hökuməti Türkiyə üzərindən Suriyadakı terrorçu qruplara qoşulanlara məhdudiyyətMisir hökuməti yaşları 18 ilə 40 arasında olan qadın vətəndaşlarının Türkiyəyə səfər etməsini məhdudlaşdırıb. Ahlibeyt.az-ın ANS-ə istinadla məlumatına görə, Misir hökumət rəsmilərindən biri 72 saat davam edən araşdırma nəticəsində verilən xüsusi buraxılışla Türkiyəyə səfər edilməsinə izn verildiyini açıqlayıb. Qadağaya, misirlilərin Türkiyə yoluyla Suriyaya keçərək “cihadçı”lara qoşulmaqları səbəb göstərilib. Qahirə hava limanının əməkdaşları isə qərarın cüməaxşamı günü qüvvəyə mindiyini açıqlayıblar. Eyni məhdudiyyət 2014-cü ilin dekabr ayında 18-40 yaş arasında olan kişilər üçün qoyulmuşdu. Kişilərin də ölkədən çıxması ancaq təhlükəsizlik qüvvələrinin verdiyi xüsusi buraxılış sənədi ilə mümkündür. Xatırladaq ki, general Əbdülfəttah Sisinin hərbi dövlət çevrilişi yoluyla hakimiyyəti ələ keçirməsindən sonra Türkiyə ilə Misir arasında siyasi gərginlik başlayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2015 11:29 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |