|
|
"Dini radikalizmlə mübarizə" mövzusunda tədbir keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi arasında “Gənclərin dini maarifləndirmə işinin təşkilinə dair birgə Tədbirlər Planı” çərçivəsində Suraxanı Rayon Gənclər Evində "Dini radikalizmlə mübarizədə gənclərin rolu" mövzusunda seminar-treninq təşkil edilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, DQİDK-dan verilən məlumatda bildirilir ki,tədbirdə DQİDK-in əməkdaşları Mahir Qəniyev, Şəhriyar İsmiyev, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Aydın Yusifov mövzunun aktuallığını qeyd edərək, gənclərlə bu səpkili görüşlərin keçirilməsinin çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Dövlət Komitəsinin əməkdaşı Mahir Qəniyev bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Ekspert bildirib ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər fəal iştirak etməli və bu prosesə öz töhfəsini verməlidirlər. Daha sonra görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2015 12:05 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |