إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

QMİ sədri Küveytin beynəlxalq humanitar təşkilatının rəhbərini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Küveyt Beynəlxalq İslam Xeyriyyə Təşkilatının – Asiya Müsəlmanları Komitəsi Beynəlxalq humanitar təşkilatının baş direktoru Xalid Al-Rayesi qəbul edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, A. Paşazadə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, Qafqazın tarixi dini mərkəzi olan QMİ-nin fəaliyyət istiqamətləri barədə məlumat verib.

İslam tarixində özəl yeri olan Azərbaycana ilk gəlişindən məmnun qaldığını bildirən X. Al-Rayes QMİ sədri ilə ilk dəfə 1997-ci ildə görüşdüyünü xatırladıb. X. Al-Rayes  A.Paşazadənin Küveyt dövlətində məşhur və sevilən şəxs olduğunu diqqətə çatdırıb, İslam dünyası üçün etdiklərinə görə ona minnətdar olduqlarını ifadə edib.

Küveytin Azərbaycanın dostu olduğunu xüsusi vurğulayan A. Paşazadə Küveyt dövləti ilə Azərbaycanın dini-mənəvi əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu vurğulayıb və Heydər Əliyevlə birlikdə Küveytdə keçirdikləri görüşləri xatırlayıb. QMİ sədri İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində müsəlman dövlətlərinin dəstəyini hər zaman yüksək dəyərləndirdiklərini söyləyib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2015  18:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!