إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Cavadi Amuli -"Sirlərin bir çoxu qiyamət günü insana aydın olacaqdır"

İnsanın ümidsizliyə qapanmasının küfr olduğunu qeyd edən Ayətullah Amuli bunlari bildirib: "Sirlərin bir çoxu qiyamət günü insana aydın olacaqdır. Lakin o gün, əməl funksiyası insanın əlindən alınacaq. Bəlli deyil ki, qiyamət gəmisi nə vaxt sahilə çatacaq. Dünyanın təlatümlü dənizi sakitləşəndən sonra qiyamət gəmisinə daxil olacağıq. İlahi rəhmətdən ümidsüz olmaq küfrdür. Bu o zaman baş verir ki, insan heç kimin ona yardım edə biləcəyinə inanmır. İlahi qüdrətin hədsiz olduğu bir halda, bu cür düşünmək küfr hesab edilir".

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,bunu Ayətullah Cavadi Amuli Cavadi Amuli öz təfsir dərsində bildirib.

O həmçinin Yəmən böhranına da toxunaraq əlavə edib ki, heç kim inana bilmir ki, özlərini hərəm xadimi bilən bir dəstə digər müsəlman ölkəsinə hücum etsin. "Bu addım heç bir məntiqlə uzlaşmır. Bu müharibə əmri kafir olan bir ölkə tərəfindən verilib. ABŞ-ın iqtidarı yalançıdır. Çünki 70 milyon qəbir onun ayağı altındadır. Bilməliyik ki, bu gücü insanlıq və ağıl yolu ilə əldə etməyiblər. Bu gün ABŞ nərə çəkir, hərəm xadimləri ( Məkkə və Mədinə) isə Yəmənə hücum edirlər".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Aprel, 2015  15:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!