|
İran prezidentinin ifadələri nüfuzlu ayətullahlar tərəfindən etirazla qarşılandıİranın Ali Dini Lideri Ayətullah Seyid Xamenei və 3 nüfuzlu ayətullah Həsən Ruhaninin sözlərinə etirazını bildiriblər. İran prezidenti Həsən Ruhaninin "Polisin vəzifəsi qanunu icra etməkdir, ilahi əhkamı yox. Polis hər hansı bir işi Allah deyib deyə yox, qanun deyib deyə icra etməlidir" -sözlərinə dünən İranın Ali Dini Lideri Ayətullah Seyid Xamenei, bu gün isə Qum hövzəsinin 3 nüfuzlu ruhanisi etiraz edib. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.az-ın Farsnews-a istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhaninin ifadələri Qum hövzəsinin təqlid mərcələri tərəfindən qəbul edilməyib. Bir neçə gün öncə prezident Həsən Ruhaninin "Polisin vəzifəsi qanunu icra etməkdir, ilahi əhkamı yox. Polis hər hansı bir işi Allah deyib deyə yox, qanun deyib deyə icra etməlidir" -sözlərinə dünən İranın Ali Dini Lideri Ayətullah Seyid Xamenei, bu gün isə Qum hövzəsinin 3 nüfuzlu ruhanisi etiraz edib. Ayətullah Məkarim Şirazi öz fiqh dərsində bu ifadələrin bir neçə yöndən problemli olduğunu deyərək, "Bu sözləri demək düzgün deyil. Bizim qanunların İslam qanunlarından fərqi yoxdur. Qanunlarımız elə İslamdan götürülüb. İslami qanunları polis və qeyri-polis daxil olmaqla hamı icra etməlidir. Pisliklərdən çəkindirmək və yaxşılıqlara dəvət baxımından da hamının boynunda vəzifə vardır. Bu ifadələr müxtəlif növ fəsad törədənlərə yaşıl işıq ola bilər. Yəni bundan sonra azaddırlar və heç kimin də onlarla işi yoxdur. Ümid edirəm ki, ali məqamlı rəhbərin bu barədə son çıxışlarına diqqətlə qulaq asıb əməl edərlər", -deyə bildirib. Prezidentin sözlərinə digər bir nüfuzlu ruhani Ayətullah Nuri Həmədani də öz fiqh dərsində etiraz edərək bildirib: "İran İslam Respublikası sahib olduğu xüsusiyyətlərlə seçilən dövlətlərdən hesab edilir. Ayətullah Xameneinin bu illə bağlı sözləri ilk öncə dövlət nümayəndələrini maraqlandırır. Məsullar xalqla qəlb və əməl baxımından həmrəy olmağı bacarmalıdırlar. Deyilən bu söz ölçülməmiş və yalnış ifadədir. Bu sözlərin mənası budur ki, ölkədə "əmr be məruf" və "nəhy əz münkər" boş buraxılsın. Məsullar öz sözlərilə qanunun İslamdan ayrı olduğunu xalqa çatdırmamalıdırlar. Bütün məsullar öz sözlərinə diqqət etməlidirlər." Prezidentin sözü gedən ifadələrinə Ayətullah Safi Gülpayqani də etiraz edərək, "Mən bu sözlərdən çox narahat oldum. Bu sözlər düzgün deyil və məsullarımız daha diqqətli olmalıdırlar. Xalqın nigarançılığına səbəb olacaq sözlər deyilməməlidir", -deyə bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2015 21:43 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |