|
• DünyadaGürcüstanda "İslam və Barış" mövzusunda I Beynəlxalq Forum keçirilirBu gün Gürcüstanın Batumi şəhərində "İslam və Barış" mövzusunda üçgünlük I Beynəlxalq Forum işinə başlayıb. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, Forum Acarıstanda fəaliyyət göstərən Gürcü Müsəlmanları Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbirdə ABŞ və Avropa ölkələrindən, Gürcüstan, İran, Ukrayna və Türkiyədən gələn nümayəndələr iştirak edir. I Forumda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri hacı Əli Əliyev təmsil edir. Tədbirdə Batumidəki Şota Rustaveli adına Universitetin professoru Nuqzar Mqeladze, ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcü Müsəlmanlar Birliyinin sədri Tariel Nakaşidze, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri hacı Əli Əliyev, Dünya Gürcü Müsəlmanları Birliyinin sədri Zurab Kamal Tetsxladze, Oksford Universitetinin professoru Raul Fuddes, ABŞ-ın Gürcüstandakı konsulluğunun "Open world" ("Açıq Dünya") proqramının iştirakçısı Samirə Bayramova, Türkiyənin Gürcüstandakı dini məsələlər üzrə attaşesi Nəbi Gülüş, Ukrayna müftisi Səid İsmailov, Qum Universitetinin professoru Əkbər Müqəddəsi və başqaları çıxış edərək İslam dininin barış və sülh, əmin-amanlıq dini və terrorçuluqdan uzaq bir din olduğunu qeyd ediblər. Tədbir sabah davam edəcək. Məlumata görə, I Forumda Batumi Bəyannaməsi qəbul olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2015 16:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |