إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Cavadi Amuli Məkkə və Mədinənin təqvalılar tərəfindən idarə olunmağının zəruriliyindən bəhs edib

İslam dünyasının tanınmış böyük İslam alimi və filosofu maraqlı fikirlər səsləndirib.

Ahlibeyt.az-ın məlumatına görə,  AzadXeber.az  Shafaqna-ya istinadən xəbər verir ki, Ayətullah Cavadi Amuli Qurani Kərim təfsiri dərsi zamanı Məkkə və Mədinənin təqvalılar tərəfindən idarə olunmağının zəruriliyinə toxunub: “Hərəmeyni (Məkkə və Mədinəni) təqvalılar idarə etməlidir, Səudiyyə rejimi yox”.

O, Məkkədə həcc ziyarəti əməllərini yerinə yetirərkən Səudiyyə əsgərləri tərəfindən şəhid edilən şəxslər barədə danışarkən Qurani Kərimin Ənfal surəsinin 34-cü ayəsini sitat gətirib: “Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilmir”.

Ayətullah Cavadi Amuli möminlərin hərəkətə keçərək Kəbəni Səudiyyədən azad edilməsinə toxunaraq qeyd edib: “Bu ayəyə görə Səud xanədanı Kəbənin idarəçisi ola bilməz. Bunlar, Kəbəni bir zamanlar bütxana və şərəbxanaya çevirmiş müşriklərin nəvələridir. Babaları həmişə Kəbənin üzərində şərab içirdi. Mühəddis Quminin nəql etdiyi rəvayətə görə, onlardan bəziləri Kəbənin açarını qumar oyunlarında bir neçə qədəh içki qarşılığında itirmişdi. Məkkədə oynanan böyük qumar oyunlarında Kəbənin idarəçiliyini qumar mövzusu edirdilər. Hazırda Müsəlmanlar cihadı əkbər (böyük cihad) etməli, Hərəmeyni Səud xanədanının əsarətindən qurtarmanın yolları üzərində çalışmalıdır”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2015  16:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!