|
|
Azərbaycanda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans keçiriləcəkAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,AMEA-dan verilən məlumatda qeyd olunur ki,, aprelin 16-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir AMEA, QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan nümayəndələr də iştirak edəcəklər. İki gün davam edəcək beynəlxalq konfransın iştirakçıları “Qloballaşan dünyada İslam maarifçiliyinin əhəmiyyəti”, “Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu”, “Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı” bölmələri üzrə Azərbaycan, rus, ingilis və ərəb dillərində məruzələrlə çıxış edəcəklər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2015 14:52 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |