|
|
Zaqatalada“Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir - FOTOZaqatala şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Zaqatala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən iki günlük regional konfransda şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imamlar, eləcə də fəal dindar və ilahiyyatçılar iştirak edir. Konfransda çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir, müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar: “Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq”. DQİDK sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkədə dövlət-din münasibətlərindən ətraflı danışaraq deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış sürətlənib. O qeyd edib ki, ölkədə digər dini konfessiyalara da dövlət tərəfindən diqqət və qayğı göstərilir, kilsə və sinaqoqlar təmir olunur, yeniləri tikilir. Konfransdan sonra Mübariz Qurbanlı və Mübariz Əhmədzadə Bakı İslam Universitetinin Zaqatala filialına, Cümə məscidinə, həmçinin Əliabad qəsəbəsindəki mədrəsəyə baş çəkiblər və dini icma üzvləri ilə görüşüblər. ![]() ![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Aprel, 2015 21:14 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |