|
|
Azərbaycan prezidenti “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərlə bağlı sərəncam imzalayıbAzərbaycan prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2015-ci il 6 mart tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentinin aktlarının “Dini etiqad azadlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. Dəyişikliyə əsasən, sözügedən qanunun 1-ci bəndində “Azərbaycan Respublikası Konstitusiyasının, bu Qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun” sözləri “onun” sözü, 9-cu bəndində isə “təqdim edilməsi tələbinə təkrarən” sözləri “təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə” sözləri ilə əvəz edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2015 18:09 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |