|
• DünyadaSəudiyyə aviasiyasının Yəmən paytaxtı ətrafındakı kəndə endirdiyi zərbədə 11 mülki şəxs həlak olubSəudiyyə Ərəbistanı qüvvələrinin Yəmənin paytaxtı Sananın qərbində yerləşən Həcər Ukeyş kəndinin ərazisinə hava zərbəsi endirməyi nəticəsində 11 mülki şəxs həlak olub. Ahlibeyt.az-ınSalamNews-a istinadla verdiyi xəbərə görə, həlak olanlardan dördü uşaq, biri qadındır. Səudiyyə Ərəbistanı qüvvələri Yəmənin Səda və Ədən şəhərlərinə də aviazərbə endirib. Yeri gəlmişkən, Yəmənin səhiyyə mənbələri Ədən şəhərində gedən döyüşlərdə 187 nəfərin ölümünü, 1282 nəfərin yaralandığını qeydə aldıqlarını bildiriblər. Yəmənin əd-Dale əyalətində husilər mərkəzi həbsxananı nəzarətə götürüblər. Husilər burada yüzlərlə tərəfdarlarını azad ediblər. Bildirək ki, BMT Təhlükəsizlik Şurası Rusiyanın təşəbbüsü ilə Yəmənə hücumun dayandırılmağı və bu ölkəyə humanitar yardımların çatdırılmağı məsələsini müzakirəyə çıxarıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2015 18:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |