4 Aprel, 2015
Səudiyyə aviasiyasının Yəmən paytaxtı ətrafındakı kəndə endirdiyi zərbədə 11 mülki şəxs həlak olub

Səudiyyə Ərəbistanı qüvvələrinin Yəmənin paytaxtı Sananın qərbində yerləşən Həcər Ukeyş kəndinin ərazisinə hava zərbəsi endirməyi nəticəsində 11 mülki şəxs həlak olub.

Ahlibeyt.az-ınSalamNews-a istinadla verdiyi xəbərə görə, həlak olanlardan dördü uşaq, biri qadındır.

Səudiyyə Ərəbistanı qüvvələri Yəmənin Səda və Ədən şəhərlərinə də aviazərbə endirib.

Yeri gəlmişkən, Yəmənin səhiyyə mənbələri Ədən şəhərində gedən döyüşlərdə 187 nəfərin ölümünü, 1282 nəfərin yaralandığını qeydə aldıqlarını bildiriblər.

Yəmənin əd-Dale əyalətində husilər mərkəzi həbsxananı nəzarətə götürüblər. Husilər burada yüzlərlə tərəfdarlarını azad ediblər.

Bildirək ki, BMT Təhlükəsizlik Şurası Rusiyanın təşəbbüsü ilə Yəmənə hücumun dayandırılmağı və bu ölkəyə humanitar yardımların çatdırılmağı məsələsini müzakirəyə çıxarıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2951.html