|
• DünyadaNigeriyada prezident müsəlman namizəd Məhəmməd Buxari elan olundu
72 yaşlı müsəlman lider Məhəmməd Buhari Nigeriyanın yeni prezidenti seçilib. Ahlibeyt.az-ın məlumatına görə, onun namizədliyi ölkənin əsas müxalifət partiyası Bütün Mütərəqqi Qüvvələr Konqressi(All Progressives Congress partiyasın)ni təmsil edən Məhəmməd Buhari müsəlmandır və Nigeriyanın şimalındandır. O, 1983 – 1985-ci illərdə ölkənin hərbi rəhbəri olub. Cənab Buhari prezident seçkiləri uğrunda mübarizəyə 4-cü dəfədir ki, qatılır. Müstəqil milli seçki komissiyasının verdiyi məlumata görə, Buhari səslərin 53,96%-ni qazanıb və 15,4 mln seçici ona səs verib. Hazırkı prezident xristian əsilli Qudlak Conatana isə seçicilərin 44,96%-i (12,85 mln adam) səs verib. General Muhammadu Buxari 1983-85-ci illərdə hərbi çevirilşdən sonra ölkəyə rəhbərlik edib. Zirehli tank dviziyasına komandirlik etmiş general korrupsiyaya qarşı ciddi mübariz kimi tanınır. 1985-ci ildə hərbi çeviriliş etmiş general İbrahim Babanqida general Buxarini 1988-ci ilə kimi həbsdə saxlamışdı. General Buxari martın 28-də keçirilmiş seçkilərdə qələbə çalıb. Buxari 7 şimal ştatında qələbə çalıb. Qeyd edə ki,175 milyaona yaxın əhalisi olan Nigeriyanın 50%-ni müsəlmanlar,40%-ni xristianlar,10%ni yerli inancların davamçıları təşkil edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Aprel, 2015 12:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |