
72 yaşlı müsəlman lider Məhəmməd Buhari Nigeriyanın yeni prezidenti seçilib.
Ahlibeyt.az-ın məlumatına görə, onun namizədliyi ölkənin əsas müxalifət partiyası Bütün Mütərəqqi Qüvvələr Konqressi(All Progressives Congress partiyasın)ni təmsil edən Məhəmməd Buhari müsəlmandır və Nigeriyanın şimalındandır.
O, 1983 – 1985-ci illərdə ölkənin hərbi rəhbəri olub. Cənab Buhari prezident seçkiləri uğrunda mübarizəyə 4-cü dəfədir ki, qatılır.
Müstəqil milli seçki komissiyasının verdiyi məlumata görə, Buhari səslərin 53,96%-ni qazanıb və 15,4 mln seçici ona səs verib. Hazırkı prezident xristian əsilli Qudlak Conatana isə seçicilərin 44,96%-i (12,85 mln adam) səs verib.
General Muhammadu Buxari 1983-85-ci illərdə hərbi çevirilşdən sonra ölkəyə rəhbərlik edib. Zirehli tank dviziyasına komandirlik etmiş general korrupsiyaya qarşı ciddi mübariz kimi tanınır.
1985-ci ildə hərbi çeviriliş etmiş general İbrahim Babanqida general Buxarini 1988-ci ilə kimi həbsdə saxlamışdı.
General Buxari martın 28-də keçirilmiş seçkilərdə qələbə çalıb. Buxari 7 şimal ştatında qələbə çalıb.
Qeyd edə ki,175 milyaona yaxın əhalisi olan Nigeriyanın 50%-ni müsəlmanlar,40%-ni xristianlar,10%ni yerli inancların davamçıları təşkil edir.