|
• DünyadaSəudiyyə Ərəbistanı Yəməndə qaçqın düşərgəsini vurub, 45 ölü, 250 yaralı var (FOTO)Səudiyyə Ərəbistanının qırıcıları Yəmənin Həcca əyalətinin əl-Məzraq bölgəsindəki qaçqın düşərgəsinə dörd hava zərbəsi endirib. Ahlibeyt.az-ın SalamNewsa istinadən verdiyi xəbərə görə,bu barədə Al Maseera televiziya kanalınını məlumatında bildirilir ki,aviazərbə nəticəsində ən azı 45 nəfər həlak olub ki, onların əksəriyyətini qadın və uşaqlar təşkil edir. Hücum nəticəsində 250 nəfərin yaralandığı bildirilir. Ötən gün paytaxt Sanada da bəzi bölgələr hədəfə alınıb, 20 nəfərin ölümü qeydə alınıb. Ölkənin Ədən, əd-Dale əyalətlərində husilər və bəzi ordu qüvvələri ilə prezident Abdu-Rabbih Mansur Hadi tərəfdarları arasında döyüşlər davam edib. Məlumata əsasən, Ədən şəhərində gedən dünənki döyüşlərdə 13 nəfər həlak olub. Səudiyyə Ərəbistanı Yəmənin Ləhic əyalətinin əl-Huta şəhərində də ordu qüvvələrinin mövqelərini vurub. Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəməndəki hakimiyyət dəyişikliyini bəhanə edərək Yəməndə qarşı hava hücumları ilə müşayiət olunan hərbi əməliyyatlara başlayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Mart, 2015 12:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |