
Səudiyyə Ərəbistanının qırıcıları Yəmənin Həcca əyalətinin əl-Məzraq bölgəsindəki qaçqın düşərgəsinə dörd hava zərbəsi endirib.
Ahlibeyt.az-ın SalamNewsa istinadən verdiyi xəbərə görə,bu barədə Al Maseera televiziya kanalınını məlumatında bildirilir ki,aviazərbə nəticəsində ən azı 45 nəfər həlak olub ki, onların əksəriyyətini qadın və uşaqlar təşkil edir. Hücum nəticəsində 250 nəfərin yaralandığı bildirilir.
Ötən gün paytaxt Sanada da bəzi bölgələr hədəfə alınıb, 20 nəfərin ölümü qeydə alınıb.
Ölkənin Ədən, əd-Dale əyalətlərində husilər və bəzi ordu qüvvələri ilə prezident Abdu-Rabbih Mansur Hadi tərəfdarları arasında döyüşlər davam edib.
Məlumata əsasən, Ədən şəhərində gedən dünənki döyüşlərdə 13 nəfər həlak olub.
Səudiyyə Ərəbistanı Yəmənin Ləhic əyalətinin əl-Huta şəhərində də ordu qüvvələrinin mövqelərini vurub.
Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəməndəki hakimiyyət dəyişikliyini bəhanə edərək Yəməndə qarşı hava hücumları ilə müşayiət olunan hərbi əməliyyatlara başlayıb.