إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Kanadada İslam olduğu kimi” kampaniyasına start verilib - Video

Bəzi terror təşkilatlarının İslam adı altında törətdikləri vəhşiliklər bu dinin yanlış təbliğ olunmasına yol açıb və müsəlmanların dünyanını bir çox ölkəsində yaşayışını çətinləşdirib.

Ahlibeyt.az-ın AzadXeber.az-a istinadla verdiyi xəbərə görə, kanadalı müsəlmanlar İslam dininin yanlış təbliği ilə mübarizə niyyəti ilə kampaniyaya başlayıblar . Kampaniyanın əsas hədəfi cəmiyyətə İslam dininin gözəlliklərini, İslamda zorakılığın qəti şəkildə  pisləndiyini və İslam adı altında vəhşiliklə məşğul olan terrorçuların, əslində İslam dininə heç bir aidiyyatının olmadığını göstərməkdir.

Tanımadığı insanları böyük məmnuniyyətlə evlərinə və məscidlərə dəvət edən müsəlmanlar, burada onları qonaqpərvərliklə qarşılayıb, onlara İslam dini haqqında məlumat verirlər. "Müsəlman ailələri ilə tanış olun " adı altında keçirilən kampaniya İslam dinini olduğu kimi cəmiyətə çatdırmaq məqsədi daşıyır və kanadalılara öz müsəlman həmyerlilərinə qarşı mənfi fikirlərinin yalnış olduğunu göstərir.

Məlumat üçün bildirək ki, kampaniya martın 1-də başlayıb və matın 14-də başa çatacaq. Kanadalı müsəlmanlar bu kampaniyanın müsbət nəticə verəcəyindən əmin olduqlarını bildirirlər.Tədbirin təşkilatçıları  dəfələrlə qeyd ediblər ki, terrorizm İslam dinində bəyənilmir və  əksinə qəti şəkildə pislənir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Mart, 2015  15:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!