إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dövlət İdarəçiliyi Məktəbində “Milli mənəvi dəyərlərimiz - varislik və müasirlik” adlı açıq mühazirə

Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik

Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə “Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” adlı növbəti açıq mühazirə dinlənilib. Mühazirəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təqdim edib.

Ahlibeyt.az-ın  AzərTAc-a istinadən verdiyi xəbərə görə, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbirin gənclərin maarifləndirilməsi, milli mənəvi dəyərlərimizə bağlılığının qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitinin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Rektor milli mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə aşılanması, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Komitə sədri ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlərin görülməsi, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində strateji əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan iqtisadi inkişafı ilə yanaşı, dünyada həm də tolerantlıq modeli ilə tanınan bir ölkədir. Bununla yanaşı, hələ də bəzi insanların təfəkküründə yanlış dini stereotiplər var və bu, bir çox hallarda problemlər yaradır. Digər tərəfdən isə bu, bəzi dini icmaların, sektaların pozucu fəaliyyəti ilə bağlı olur. Bütün bunlar bəzən gənclər arasında çaşqınlığın yaranmasına gətirib çıxarır.Cəmiyyətdə qanunlarla yanaşı, milli mənəvi dəyərlərimiz də mühüm rol oynayır və bu dəyərlərin qorunmasında gənclərin rolu olduqca önəmlidir.


Sonda müəllimləri və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2015  18:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!