إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Almaniya paytaxtında Quranın almanca təcüməsi paylanıldı

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə Almaniyalı müsəlman gənclərin bir qrupu Berlinin əsas xiyabanlarında Quran-Kərimin Alman dilində tərcüməsini  şəhər  əhalisinə hədiyyə etmək təşəbbüsü ilə çıxış etmişlər.

Məlumatda qeyd olunur ki, Almaniyalı müsəlman  gənlərin İqra İslami təşkilatının təşəbbüsü ilə ölkə paytaxtının əsas xiyabanlarında Quran-Kərimin Alman dilində tərcüməsini öz həmşəhərlilərinə hədiyyə etməklə  İslamı tanıtmaq, İslamın zorakılıq, radikalizimdən uzaq və qardaşlıq dini olduğunu anlatmağa çalışmışlar.

Quran-Kərimin alman dilinə mütərcimi almaniyalı müsəlman  Məhəmməd bin Rəsul bu fəaliyyətin başlanılmasına təşəbbüs yaradıb.

Təşkilat üzvləri bu aksıyanı keçirməklə Almaniya paytaxtında İslamı tanıtdırmaqla bərabər  bütün dini və ictimai qarşıdurmalar yaradan hərəkətlərə müxalif olduqlarını  bəyan etmək fikrində olduqlarını bildirmişlər..

Qeyd olunur ki,İslam aktivistləri  bu qəbildən olan tədbirlərin Almaniyanın digər şəhərlərində də keçirmək fikrindədirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2015  11:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!