
Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə Almaniyalı müsəlman gənclərin bir qrupu Berlinin əsas xiyabanlarında Quran-Kərimin Alman dilində tərcüməsini şəhər əhalisinə hədiyyə etmək təşəbbüsü ilə çıxış etmişlər.
Məlumatda qeyd olunur ki, Almaniyalı müsəlman gənlərin İqra İslami təşkilatının təşəbbüsü ilə ölkə paytaxtının əsas xiyabanlarında Quran-Kərimin Alman dilində tərcüməsini öz həmşəhərlilərinə hədiyyə etməklə İslamı tanıtmaq, İslamın zorakılıq, radikalizimdən uzaq və qardaşlıq dini olduğunu anlatmağa çalışmışlar.
Quran-Kərimin alman dilinə mütərcimi almaniyalı müsəlman Məhəmməd bin Rəsul bu fəaliyyətin başlanılmasına təşəbbüs yaradıb.
Təşkilat üzvləri bu aksıyanı keçirməklə Almaniya paytaxtında İslamı tanıtdırmaqla bərabər bütün dini və ictimai qarşıdurmalar yaradan hərəkətlərə müxalif olduqlarını bəyan etmək fikrində olduqlarını bildirmişlər..
Qeyd olunur ki,İslam aktivistləri bu qəbildən olan tədbirlərin Almaniyanın digər şəhərlərində də keçirmək fikrindədirlər.