إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İordaniya hakimiyyəti terrorçuları edam etməyə qərar verdi

Bu gün səhər İordaniyada İraqdan olan terrorçu qadın Səcidə ər-Rişavi olmaqla 2 terrorçunu edam edib.


Ahlibeyt.az-ın rg.ru-ya istinadən verdiyi xəbərə görə, İordaniya hakimiyyəti İŞİD-in girov götürdüyü pilotun yandırılaraq qətlə yetirilməsinə cavab olaraq əllərində olan terrorçuların edam olunacağına dair sözü tutmuş oldu.


Associated Press ikinci edam olunanın adının Ziad əl-Karubi olduğunu bildirir.


Qeyd edək ki, İordaniya təyyarəsi 2014-cü ilin dekabr ayında vurulmuşdu. Bundan sonra pilotu əsir götürən İŞİD terrorçuları onu İordaniyada həbsdə olan İŞİD terrorçuları ilə dəyişmək istəsələr də sonda  dəmir qəfəsə bağlayaraq diri-diri yandırıblar.


İordaniya hakimiyyəti 2 edamla dayanmaycaqlarına, əllərində olan digər terrorçuların edam olunması ilə qisasın davam edəcəyinə söz verir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Fevral, 2015  10:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!