Bu gün səhər İordaniyada İraqdan olan terrorçu qadın Səcidə ər-Rişavi olmaqla 2 terrorçunu edam edib.
Ahlibeyt.az-ın rg.ru-ya istinadən verdiyi xəbərə görə, İordaniya hakimiyyəti İŞİD-in girov götürdüyü pilotun yandırılaraq qətlə yetirilməsinə cavab olaraq əllərində olan terrorçuların edam olunacağına dair sözü tutmuş oldu.
Associated Press ikinci edam olunanın adının Ziad əl-Karubi olduğunu bildirir.
Qeyd edək ki, İordaniya təyyarəsi 2014-cü ilin dekabr ayında vurulmuşdu. Bundan sonra pilotu əsir götürən İŞİD terrorçuları onu İordaniyada həbsdə olan İŞİD terrorçuları ilə dəyişmək istəsələr də sonda dəmir qəfəsə bağlayaraq diri-diri yandırıblar.
İordaniya hakimiyyəti 2 edamla dayanmaycaqlarına, əllərində olan digər terrorçuların edam olunması ilə qisasın davam edəcəyinə söz verir.