Ahlibeyt.az-ın İrib-ə istinadən verdiyi xəbərə görə,İraqın Əl-Nun agentliyiyin məlumatında qeyd olunur ki,bunu İraq Qaçqınlara Yardım Komitəsinin üzvü Əsğər Əl-Musəvi bildirib.
Məlumata görə ölkənin "Qaçqınlara Yardım Komitəsi" indiyə qədər 510 min ailəni didərginlərin siyahısında qeydə alıb.
Əl-Musəvi deyib: İraqın müxtəlif vilayətlərinin sakinləri olan bu ailələr 2014-cü il 10 iyundan İŞİD terror qruplaşmasının hücumlarına görə, öz mənzillərini tərk etmiş və digər vilayətlərə sığınmışlar.
Əl-Musəvinin sözlərinə görə, hökumətin humanitar proqramından faydalanan bütün didərginlər nağd yardımlar da alırlar.
İraq Didərginlərə Yardım Komitəsinin üzvü əlavə edib ki, Nümayəndələr Məclisinin Maliyyə Komissiyası didərginlərə yardım büdcəsini 2 trilyon 500 milyard dinar (2 milyard 100 milyon dollardan çox) artırıb.
Əl-Musəvi əlavə edib ki, Qaçqınlar düşərgələrdə, dövlət mərkəzlərində və icarə mənzillərində yaşayırlar və Miqrant Nazirliyi Proqramlaşdırma Nazirliyinin əməkdaşlığı ilə didərginlərin sayı barəsində dəqiq statistikanın hazırlanması işləri gedir.