29 Yanvar, 2015
İŞİD terror qruplaşmasının hücumları nəticəsində 500 mindən çox İraqlı ailə didərgin düşüb

500 mindən çox İraqlı ailə İŞİD terror qruplaşmasının cinayətlərinə görə didərgin düşüb.

 

Ahlibeyt.az-ın İrib-ə istinadən verdiyi xəbərə görə,İraqın Əl-Nun agentliyiyin məlumatında qeyd olunur ki,bunu İraq Qaçqınlara Yardım Komitəsinin üzvü Əsğər Əl-Musəvi bildirib.

Məlumata görə ölkənin "Qaçqınlara Yardım Komitəsi" indiyə qədər 510 min ailəni didərginlərin siyahısında qeydə alıb.

 

Əl-Musəvi deyib: İraqın müxtəlif vilayətlərinin sakinləri olan bu ailələr 2014-cü il 10 iyundan İŞİD terror qruplaşmasının hücumlarına görə, öz mənzillərini tərk etmiş və digər vilayətlərə sığınmışlar.

Əl-Musəvinin sözlərinə görə, hökumətin humanitar proqramından faydalanan bütün didərginlər nağd yardımlar da alırlar.

 

İraq Didərginlərə Yardım Komitəsinin üzvü əlavə edib ki, Nümayəndələr Məclisinin Maliyyə Komissiyası didərginlərə yardım büdcəsini 2 trilyon 500 milyard dinar (2 milyard 100 milyon dollardan çox) artırıb.

 

Əl-Musəvi əlavə edib ki, Qaçqınlar düşərgələrdə, dövlət mərkəzlərində və icarə mənzillərində yaşayırlar və Miqrant Nazirliyi Proqramlaşdırma Nazirliyinin əməkdaşlığı ilə didərginlərin sayı barəsində dəqiq statistikanın hazırlanması işləri gedir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2762.html