|
QMI-dən bəyanat -Terror İslamın istəyi deyldirAhlibeyt.az-ın verdiyi xəbərə görə Qafqaz Müsəlmanları İdarəsi(QMİ) Fransa paytaxtında törədilən terror aktı ilə əlaqədar bəyanatla çıxış etmişdir.Bəyanatda deyilir: Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, biz, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyirik. Bu baxımdan, Fransada baş verən son terror hadisəsini ciddi qınayırıq. İnsan həyatı Uca Allahın yaratdığı müqəddəs dəyərdir və ona edilən təcavüz böyük günahdır. Bu günahı törədənlər həm Allah dərgahında, həm də bəşəri qanunlar qarşısında cavab verəcəklər. Hər hansı təcavüz və ya qətlin din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi, din adından sui-istifadə edilməsi yolverilməz haldır. Heç bir səmavi din, o cümlədən, İslam buna haqq qazandırmır. Terror İslamın istəyi deyldir. Dini mərkəz olaraq, hər zaman öz birmənalı mövqeyimizi bütün məqamlarda və xitabət kürsülərindən bildirmişik və bir daha təkrar edirik ki, din, onun dəyərləri, müqəddəs şəxsiyyətləri, rəmzləri, simvollarına ehtiram nümayiş etdirilməlidir. Bəşər ailəsinin bütün üzvləri buna əməl etməli, müxtəlif dini mənsubiyyət daşıyıcıları üçün həssasiyyət kəsb edən məqamlara diqqətlə yanaşmalıdırlar. Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməmişdir. Biz bütün insanları multikultural dünyamızda dinc birgəyaşayış, tolerant həyat tərzi, sülh, sabitlik və istiqrar üçün mühüm, həlledici amillərdən olan bu məqamı nəzərə almağa çağırırıq. Biz dünya dinlərinin liderlərini bu yöndə səylərini birləşdirməyə səsləyirik. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Yanvar, 2015 15:35 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |