|
• Dünyada“Ən-Nusra” Şafei məzhəbinin ən böyük alimi imam Nəvavinin məqbərəsini partladıb (VİDEO)Terroçu qruplaşma məqbərinin partladılmasını üzərinə götürməsə də, bir çox mənbələr bunun təşkilat üzvlərinin etdiyini bildirir
“Ən-Nusra Cəbhəsi” terror təşkilatı Suriyanın Dəra əyalətinin Nəva şəhəri ərazisində islam dünyasının böyük alimlərindən olan Muhyiddin Yəhya ibni Şərəf ən-Nəvavinin məqbərəsini partladıb.
Ahlibeyt.az-ın Suriya mətbuatına istinadən verdiyi xəbərə görə, "Ən-Nusra Cəbhəsi" məqbərinin partladılmasını üzərinə götürməsə də, bir çox mənbələr bunun təşkilat üzvləri tərəfindən həyata keçirildiyi bildirilir.Tarixi mənbələrdə məqbərənin 1277-ci ildə inşa olunduğu qeyd edilir.
Qeyd edək ki, XIII əsrdə yaşamış İmam Muhyiddin Nəvavi Məhəmməd ibni İdris Şafei tərəfindən bünövrəsi qoyulmuş Şafei məzhəbinin, həmçinin Əşəri təfəkkürünün formalaşmasında böyük rola malikdir. Şafei məzhəbinin alimləri öz hədislərini nəql edərkən əsasən ona istinad edirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Yanvar, 2015 12:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |