8 Yanvar, 2015
“Ən-Nusra” Şafei məzhəbinin ən böyük alimi imam Nəvavinin məqbərəsini partladıb (VİDEO)

Terroçu qruplaşma məqbərinin partladılmasını üzərinə götürməsə də, bir çox mənbələr bunun təşkilat üzvlərinin etdiyini bildirir

 

“Ən-Nusra Cəbhəsi” terror təşkilatı Suriyanın Dəra əyalətinin Nəva şəhəri ərazisində islam dünyasının böyük alimlərindən olan Muhyiddin Yəhya ibni Şərəf ən-Nəvavinin məqbərəsini partladıb.

 

Ahlibeyt.az-ın Suriya mətbuatına istinadən  verdiyi xəbərə görə, "Ən-Nusra Cəbhəsi" məqbərinin partladılmasını üzərinə götürməsə də, bir çox mənbələr bunun təşkilat üzvləri tərəfindən həyata keçirildiyi bildirilir.Tarixi mənbələrdə məqbərənin 1277-ci ildə inşa olunduğu qeyd edilir.

 

 

Qeyd edək ki, XIII əsrdə yaşamış İmam Muhyiddin Nəvavi Məhəmməd ibni İdris Şafei tərəfindən bünövrəsi qoyulmuş Şafei məzhəbinin, həmçinin Əşəri təfəkkürünün formalaşmasında böyük rola malikdir. Şafei məzhəbinin alimləri öz hədislərini nəql edərkən əsasən ona istinad edirlər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2719.html