Ahlibeyt.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə,50 mindən çox insan Almaniyanın böyük şəhərlərində Berlin,Myunxen,Ştutqart və Drezdendə "Avropanın İslamlaşması Əleyyhinə Təşkilatı"(PEGİDA) tərəfindən irqçilər və anti-İslam qrupların həftəlik aksiyalarına etiraz olaraq, aksiya keçirib.
Son vaxtlar neonasist irqçi qruplar cənub şəhərlərində, xüsusən tarixi Drezden şəhərində həftəlik yürüşlər təşkil edərək, müsəlmanların bu ölkədə olmalarına etiraz edirlər. İslamofobiya tərəfdarlarının küçə hərəkatları və etirazları medialarda pekida adı ilə tanınır.
Məlumatda qeyd olunur ki, Berlin, Ştutqart,Hamburq, Köln və neonasistlərin əsas mərkəzi sayılan Drezden şəhərində küçələrə çıxıb. Onlar “Əcnəbilərə qarşı qorxu və irqçilik” yerinə, digər dinlərin davamçılarına hörmət edilməsini istəyiblər.
Köln şəhərinin xristian məzhəbli rəsmiləri və tacirlər də öncədən bildiriblər ki, aksiyaçılarla həmrəylik və irqçilərə etiraz nişanəsi kimi mağazalar və kilsələrin işıqları söndürüləcək.
Almaniyadakı müsəlmanların bir çoxu Türkiyə vətəndaşıdır. Onlar iyirminci əsrin 50-ci illərindən,müharibədən sonra işləmək və Almaniyanı bərpa etmək üçün bu ölkəyə mühacirət ediblər.