|
|
Mübariz Qurbanlı - "Bizim dinimizə və mədəniyyətimizə kənardan müdaxilələr var""İslamı dəyərlər adı altında içimizə soxulmaq istəyən qruplar var. Biz bunlara radikal qruplar deyirik. Bunların İslamla heç bir əlaqəsi yoxdur. Onlar beynəlxalq miqyasda İslamı içəridən dağıtmaq, qan tökmək, dinlərarası mübarizə, qarşıdurma yaratmaq istəyənlərin törəmələridir. Çox təəssüf ki, bu qrupların fəaliyyətini Azərbaycanda da yaymaq istəyənlər var”.
Ahlibeyt.az-ın dini komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən “Milli-mənəvi dəyərlər və müasirlik” adlı konfransında bildirib.
M.Qurbanlı qeyd edib ki, əksər insanlar bu qrupların sıralarına bilməməzlikdən, nadanlığın qurbanı olaraq qoşulurlar: “Biz onlarla söhbət edirik və soruşuruq ki, İslamın həqiqi dəyərlərini bir kənara qoyub sən kimə oxşamaq, neyləmək istəyirsən? Hansısa ölkədəki İslam adı altında dinə aid olmayan hərəkətləri, qarşıdurmanı bura gətirmək istəyirsən? Buna imkan vermək olmaz və imkan verməyəcəyik. Elə imkan verməmək üçün də biz insanlarla görüşlər keçiririk və bunun əsl mahiyyətini onlara açıqlayırıq”.
Komitə sədri deyib: “İnsanlar arasında ayrı-seçkilik və onların sıxışdırılması təhlükəli nəticələrə gətirib çıxara bilər. Həyat göstərir ki, insanlar mütləq bir araya gəlməlidirlər. Ayrı-ayrı dinlər, mədəniyyətlər arasında qarşıdurma bəşəriyyət üçün təhlükə yarada bilər”.
M.Qurbanlı qey edib ki, Azərbaycanda insanlar digər dinlər və mədəniyyətlərdən bəhrələnsələr də, adət-ənənələrini və İslam dininin dəyərlərinə sadiqliyini dəyişməyiblər. Lakin bizim dinimizə və mədəniyyətimizə kənardan müdaxilələr var. Kənar ideya, kənar adətlərin cəmiyyətə nüfuz etməsi isə onun məhvinə gətirib çıxara bilər. Bizim milli adət-ənənələrə müdaxilələr çox istiqamətlərdən gəlir. Onların arasında din amili də var. Biz milli mənəvi dəyərlərimizin zədələnməsinə imkan verməməliyik.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Dekabr, 2014 12:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |